UEFA-nın Merih Dəmiralla bağlı qərarı qəbuledilməzdir - Cevdet Yılmaz

UEFA-nın Merih Dəmiralla bağlı qərarı qəbuledilməzdir - Cevdet Yılmaz backend

Türkiyə milli komandasının 26 yaşlı futbolçusu Merih Demiralın 2 oyunluq diskvalifikasiya ilə bağlı Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz açıqlama verib.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber xəbər verir.

 "UEFA-nın milli futbolçumuz Merih Dəmiralı 2 oyunluq cəzalandırma qərarı qəbuledilməzdir. Liberal və ədalətli yanaşma və müdafiə dosyasını ciddi şəkildə araşdıraraq qərarın düzəldilməsini gözləyirik", - deyə Cevdet Yılmaz bildirirb.

Cevdet Yılmaz sosial media hesabındakı paylaşımında AVRO-2024-ün son Avstriya- Türkiyə matçında "bozqurd" jestinə görə UEFA İntizam Komitəsinin milli futbolçu Merih Dəmirala 2 oyunluq cəza verilməsinə etiraz edib.

Qərarın qəbuledilməz olduğunu deyən Yılmaz:

"Biz qərarın liberal və ədalətli yanaşma ilə və müdafiə dosyası ciddiyyəti ilə araşdıraraq düzəldilməsini gözləyirik. Futbolun həyəcanı və gözəlliyi qərəzli qərarlarla kölgədə qalmamalıdır", - yazıb.

QAZİLER.AZ

 

Diaspora