Türkiyənin Antalya şəhərinın Aksu rayonunda meşəlik ərazidə baş verən yanğına yanğınsöndürənlər müdaxilə edir.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Alaylı rayonu yaxınlığındakı meşə sahəsində naməlum səbəbdən yanğın baş verib.
Xəbərdarlıqdan sonra bölgəyə meşə mühafizə qrupları göndərilib.
Yanğına havadan və qurudan müdaxilə edilir.
Qruplar meşə yanğınını nəzarət altına almaq üçün işlərini davam etdirir.
QAZİLER.AZ