Üçüncü "Patriot" sistemi Almaniyadan Ukraynaya gəldi

Üçüncü "Patriot" sistemi Almaniyadan Ukraynaya gəldi backend

Ukraynaya üçüncü “Patriot” zenit-raket kompleksi gəlib.

Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, bu barədə Almaniyanın Ukraynadakı səfiri Martin Yaqer Twitter səhifəsində yazıb.

“Almaniyadan üçüncü “Patriot” hava hücumundan müdafiə sistemi artıq Ukraynaya gəlib. Bu, ölkə əhalisinin və infrastrukturunun təyyarələrdən, pilotsuz uçuş aparatlarından və raketlərdən müdafiəsini gücləndirəcək”, - deyə o bildirib.

Səfir əlavə edib ki, sistemin ukraynalı ekipajı son aylarda Almaniyada müvafiq təlimləri uğurla başa vurub.

QAZİLER.AZ

 

Diaspora