Peskov Kremldə niqab qadağası ilə bağlı müzakirələrin aparılmadığını açıqlayıb

Peskov Kremldə niqab qadağası ilə bağlı müzakirələrin aparılmadığını açıqlayıb backend

Rusiya prezident administrasiyasında niqab qadağası ilə bağlı müzakirələr aparılmır.

Qaziler.az bildirir ki, bu barədə iyulun 5-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.

"Biz bu müzakirədə iştirak etmirik", - deyə Rusiya dövlət başçısının mətbuat katibi RBC-yə şərhində bildirib.

Dövlət Dumasının vətəndaş cəmiyyətinin inkişafı, ictimai və dini birliklər məsələləri üzrə komitəsi sədrinin birinci müavini, Dağıstandan olan deputat Artem Biçayev nəşrlə söhbətində qeyd edib ki, bu mövzu Dövlət Dumasında da müzakirə olunmur. O, niqab taxmaq məsələsinin müsəlman din xadimlərinin vəzifəsi olduğuna diqqət çəkib.

Bu məlumatı Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sədrinin birinci müavini, Qaraçay-Çərkəzdən olan deputat Mixail Starşinov təsdiqləyib. Onun sözlərinə görə, Rusiyada müsəlmanların niqab taxması məsələsi heç vaxt qaldırılmayıb, ona görə də bu müzakirəni dayandırmaq yaxşı olardı.

QAZİLER.AZ

Diaspora