Rusiyanın Dneprə hücumu nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

Rusiyanın Dneprə hücumu nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb backend

İyulun 3-də Rusiyanın Dneprə hücumu nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. Daha bir yaralı qadın xəstəxanada dünyasını dəyişib.

Qaziler.az bildirir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak  Telegram-da  məlumat yayıb.

"Bir gün əvvəl Dneprdə yaralanan daha bir qadın  xəstəxanada öldü. Onun 72 yaşı vardı", - yazan Lısak yaxınlarını itirənlərə başsağlığı verib.

Bundan əlavə, Dnepropetrovsk hərbi administrasiya rəhbəri bildirdi ki, bu gecə müdafiəçilər  "Vostok" hava hücumundan müdafiə kompleksi ilə bölgə üzərində 3 "Şahed" vurublar.

Xüsusən də axşamlar və səhər Nikopol düşmən hücumlarına məruz qalıb. Təcavüzkar kamikadze dronlarla hücum edib.

"İnfrastruktura ziyan dəyib. Şəxsi ev və mikroavtobus dağıdılıb. İnsanlar hədəfə alınıb", - məlumatda deyilir.

QAZİLER.AZ

Diaspora