İzmirin Karabağlar rayonunda ov tüfəngi ilə açılan atəş nəticəsində yaralanan 7 nəfər xəstəxanaya çatdırılıb.
Qaziler.az bildirir ki, məlumatı TRT-Haber yayıb.
Daxil olan məlumata görə, 31 yaşlı O.C. Selvili rayonunda 32 yaşlı C.G.-nin iş yerinə gedib.
İş yerinə gələn O.C. və 29 yaşlı O.Ö ov tüfəngi ilə C.G-yə atəş açıb.
Hadisə zamanı 7 nəfər yaralanıb.
Xəbər üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları gəlib.
Təcili yardımla şəhərin müxtəlif xəstəxanalarına çatdırılan yaralıların vəziyyətinin qənaətbəxş olduğu öyrənilib.
Digər tərəfdən, hadisədən sonra qaçan O.Ç və O.Ö. O, polis qrupları tərəfindən tutulub.
QAZİLER.AZ