NATO-nun iyulun 9-11-də keçiriləcək sammiti zamanı Ukrayna daha bir təhlükəsizlik sazişi imzalayacaq. Sazişin mətni artıq hazırdır.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna prezidenti Vladimir Zelenskinin axşam müraciətinə istinadən məlumat yayıb.
Ukrayna dövlət başçısının sözlərinə görə, o, NATO-nun sammiti ilə bağlı uzunmüddətli görüş keçirib. Prezident qeyd edib ki, tədbir Ukrayna və onun bütün tərəfdaşları üçün çox əhəmiyyətli olmalıdır.
Zelenski Ukrayna-NATO Şurasının iclasının keçiriləcəyini bildirib. Hazırda tərəfdaşlarla imzalanacaq yeni qərarlar və sənədlər üzərində iş gedir. Xüsusilə, hava hücumundan müdafiə ilə bağlı yaxşı xəbərlər gözlənilir.
QAZİLER.AZ