Mahaçqalada məhkəmə terror aktı hazırlayan 3 nəfəri iki ay müddətinə həbs edib.
QAZİLER.AZ bildirir ki, bu barədə iyulun 4-də Dağıstan Respublikası Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Məhkəmənin fikrincə, üç nəfər digər şəxslərlə birləşərək bölgədə ölüm təhlükəsi yaradan, maddi ziyana səbəb olan və Dağıstan və Rusiya hakimiyyətinin sabitliyini pozan “partlayış, yanğın və digər hərəkətlər” törədiblər.
İş üzrə təqsirləndirilən şəxslər 2024-cü il iyunun 23-dən gec olmayaraq odlu silah əldə edərək Serqokala rayonunun Serqokala kəndində və Mahaçqalada saxlayıblar. Daha sonra əldəqayırma partlayıcı qurğu hazırlayıblar.
“Mahaçqala şəhərinin Sovetski rayon məhkəməsi Maqomed Maqomedov, Xalid Maqomedov, Zaur Maqomedov barəsində iki ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanlarının vəsatətlərinə baxıb. ” məlumatda deyilir.
Xatırladaq ki, iyunun 23-də Dərbənd və Mahaçqalada silahlı yaraqlılar sinaqoq və kilsəyə hücum edərək yol polisi postunu atəşə tutublar. Naməlum şəxslər ağ rəngli “Volkswagen Polo” markalı avtomobillə qaçıblar. Terrorla mübarizə zamanı cinayətkarlar məhv edilib: Dərbənddə iki, Mahaçqalada üç nəfər zərərsizləşdirilib. Terror aktında iştirak edən yaraqlıların şəxsiyyəti müəyyən edilib. Rusiya Federasiyasının İstintaq Komitəsi terror aktı ilə bağlı (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi) cinayət işi açıb. Hadisə nəticəsində 22 nəfər ölüb.
QAZİLER.AZ