Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın respublikaya səfər təklifini qəbul edib, lakin dəqiq tarix hələ razılaşdırılmayıb.
Qaziler.az bildirir ki, bu barədə iyulun 4-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov jurnalistlərə bildirib.
“Prezident bu təklifi (Ərdoğanın Türkiyəyə səfər təklifi – red.) minnətdarlıqla qəbul edir. Səfər gündəmdədir, lakin hələ dəqiq tarix yoxdur, onlar razılaşdırılacaq”, - Peskov bildirib.
Qeyd edək ki, bundan bir gün əvvəl, iyulun 3-də Putin Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Ərdoğanla danışıqlar zamanı ona dəvəti mütləq qəbul edib Türkiyəyə gələcəyini vəd etmişdi.
QAZİLER.AZ