Türkiyənin 3 vilayətində müxtəlif səbəblərdən başlanan yanğınıların söndürülməsi üçün mübarizə aparılır.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verir.
Kastamonuda ildırım vurması nəticəsində meşə yanğını baş verib. Yanğınsöndürənlər alovu ram etmək üçün mübarizə aparır.
Amasiyada çəmənlikdə başlayan yanğın meşəyə keçib.
Çankırıda otlaqda başlayan yanğına müdaxilə edilir.
Karabükdəki yanğın nəzarət altına alınıb.
QAZİLER.AZ