“Üzü gizlədən niqab, burqa və digər baş örtükləri taxmaq müsəlmanlara əməli zərər vurur və nifaq təhlükəsi yaradır”.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzi yaydığı açıqlamasında qeyd edib. Onlar İslamın inkişafı maraqları naminə fəaliyyət göstərməyə çağırış ediblər.
Mərkəz xatırladıb ki, əksər İslam alimləri açıq üzü “avrat” – müsəlmanların digər insanların qarşısında örtməli olduğu bədən hissəsi hesab etmirlər. Onlar “hicab” və “niqab” anlayışlarını aydın şəkildə ayırmağı tövsiyə ediblər. Burada hicab üz, əl və ayaqdan başqa bədənin bütün hissələrini örtən geyimdir, niqab isə üzü örtən geyim elementidir.
ŞQMKM vurğulayıb ki, Şimali Qafqaz müsəlmanları İslam dinində niqabın məcburi geyim elementi olmadığını iddia edən İslam ilahiyyatçılarının əksəriyyətinin fikrini dəstəkləyir.
QAZİLER.AZ