Türkiyənin İzmir bölgəsinin Bornova rayonunda meşəlik ərazidə baş verən yanğına havadan və qurudan müdaxilə edilir.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Beşyol rayonunda meşə sahəsində naməlum səbəbdən yanğın baş verib.
Xəbərdarlıq üzərinə İzmir Meşə Region Müdirliyinə bağlı 6 təyyarə, 3 helikopter, 20 su tankeri, 6 su təchizatı maşını və 4 buldozer bölgəyə göndərilib.
Yanğının saat 13.37-də başladığı və qrupların saat 13.43-də müdaxiləyə başladığı bildirilib.
QAZİLER.AZ