Rusiyanın Ukraynanın Dnepr şəhərinə hücumu nəticəsində 5 nəfər ölüb.
Qaziler.azbildirir ki, bu barədə Ukrayna prezidenti Teleqramda yazıb. O, videoçarx da nümayiş etdirib.
“Dnepr. Yenə ruslar tərəfindən şəhərimizə qarşı terror hücumları. Bu günə kimi 5 nəfərin öldüyü məlumdur. Ailələrinə və yaxınlarına başsağlığı verirəm”, - o, yazıb.
Xəsarət alanların sayı da 39 nəfərə yüksəlib.
"Beş nəfər ölüb, 14 yaşlı qız da daxil olmaqla, 39 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır, qalanlarına yardım göstərilir", - telemarafon zamanı hərbi administrasiyanın rəhbəri Sergey Lısak bildirib.
Onun sözlərinə görə, xilasedicilərin artıq söndürdüyü bir neçə yanğın baş verib, onlardan biri tibb müəssisəsinin ərazisində olub.
QAZİLER.AZ