Rusiya hərbçilərinin Ukraynanın Dnepropetrovsk vilayətindəki Nikopol şəhərini atəşə tutması nəticəsində iki qadın həlak olub.
Qaziler.az bildirir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib.
“Nikopolda 61 və 86 yaşlı iki qadın rusların hücumu nəticəsində həlak olub. Təxminən doqquz nəfər yaralanıb, onların arasında 9 və 17 yaşlı oğlanlar da var”, - o, teleqramında yazıb.
Onun sözlərinə görə, şəhərdə dağıntılar çoxdur.
"Yerli yaşayış məntəqələri, təhsil müəssisələri və ambulatoriyaya ziyan dəyib", - Lysak əlavə edib.
"Daha sonra Rusiyanın Nikopol şəhərini atəşə tutması nəticəsində xəsarət alanların sayı 10-a çatıb", deyə vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib.
“Şəhərdə 3 yaşayış binası və 5 fərdi yaşayış evi, 2 təhsil müəssisəsi, bir ambulatoriya, bir inzibati bina, həmçinin mağazalar, gözəllik salonu, bank zərər görüb”.
Lısakın sözlərinə görə, bölgənin digər əraziləri də atəşə tutulub.
QAZİLER.AZ