Rusiyanın Nijni Novqorod şəhərində iki işçi Striginski körpüsündən çaya düşüb.
Qaziler.az bildirir ki, bu barədə iyulun 2-də Rusiya Fövqəladə Hallar Nazirliyinin Nijni Novqorod vilayəti üzrə Baş İdarəsinin məlumatında deyilir.
"Körpüdə tikinti işləri aparılarkən, içərisində 2 nəfərin olduğu asma beşik suya düşüb", - idarənin Teleqram kanalında qeyd edilib.
Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsindən verilən məlumata görə, hazırda çaya düşən insanların yeri məlum deyil.
Nijni Novqorod vilayəti üzrə Dövlət Əmək Müfəttişliyi idarənin səlahiyyətli orqanlarla qarşılıqlı əlaqə qurduğunu bildirib. Əlavə edilir ki, hadisənin baş vermə şəraiti və əmək münasibətlərinin mövcudluğu müəyyənləşdirilir.
QAZİLER.AZ