Moskvada italyan iş adamının oğurlayan dörd nəfər həbs edilib - VİDEO

Moskvada italyan iş adamının oğurlayan dörd nəfər həbs edilib - VİDEO backend

Moskvada məhkəmə italyan iş adamını qaçıraraq Bryanska aparan 4 nəfər haqqında həbs qərarı verib.

Qaziler.az bildirir ki, bu barədə çərşənbə axşamı, iyulun 2-də şəhərin ümumi yurisdiksiya məhkəməsinin Telegram kanalında məlumat verilib.

Məhkəmənin mətbuat xidməti Nadir Abalovun da eyni müddətə həbs olunmasına aydınlıq gətirib. Qeyd olunub ki, məhkəmə müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini təmin etməkdən imtina edib.

Zəlumxan İbrahimov və Əli Zeynalovun avqustun 29-dək həbs olunduğu da bildirilib.

İyunun 28-də Moskvanın Sadovaya-Triumfalnaya küçəsində 21-36 yaşlarında olan cinayətkarlar Rusiya vətəndaşlığı olan İtaliya vətəndaşına hücum ediblər. Onu zorla maşına sürükləyib, başına torba keçirərək Bryanska aparıblar. İstintaq müəyyən edib ki, qaçırılan şəxs hadisədən bir qədər əvvəl biznes rəqibi ilə münaqişə edib.

Daha sonra, iyulun 1-də əcnəbi sərbəst buraxılıb. Adam oğurluğu törətməkdə şübhəli bilinən 4 şübhəli saxlanılıb. Rusiya İstintaq Komitəsinin (İK) sədri Aleksandr Bastrıkin işin istintaqı ilə bağlı hesabat təqdim etməyi tapşırıb.

QAZİLER.AZ

Diaspora