Rusiya işğalçıları iyulun 2-də Xarkova hücum edirlər. Xarkov vilayətində hava hücumu xəbərdarlığı elan edilib.
Qaziler.az bildirir ki, bu barədə Xarkov meri İqor Terexov, Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov Telegram-da və Ukrayna Hərbi Hava Qüvvələri məlumat verib.
Terexov bildirib ki, Xarkovda partlayış səsləri eşidilib. O, yerli sakinləri diqqətli olmağa çağırıb.
Öz növbəsində Sinequbov qeyd edib ki, rusiyalılar zərbə endirir.
Xarkovdakı partlayışlardan əvvəl Hərbi Hava Qüvvələri şəhərə doğru idarə olunan aviabombaların atılacağı barədə xəbərdarlıq etmişdi.
QAZİLER.AZ