Ukraynalı şərabçılar ölkədə erməni və gürcü şərablarının satışına qadağa qoyulmasını tələb ediblər.
Qaziler.az xəbər verir ki, bunu “Sputnik Ermənistan”a müsahibəsində “Ermənistanın Milli Şərab Mərkəzi” təşkilatının sədri Avaq Arutyunyan deyib.
Məlum olduğu kimi, Ukraynanın bir sıra şərab zavodlarını birləşdirən “Ukrvinprom” assosiasiyası 17 gürcü və erməni şərab və konyak istehsalçısına qadağa qoyulması xahişi ilə Ukrayna Təhlükəsizlik Xidmətinə müraciət edib. Assosiasiya buna əsas kimi bu iki ölkədən içkilərin “müvəqqəti olaraq işğal olunmuş ərazilərdə” satılmasını göstərib. Şirkətlərə 10 il müddətinə embarqo qoyulması, eləcə də onların aktivlərinin və ticarət nişanlarına olan hüquqlarının dondurulması təklif edilir.
Arutyunyan qeyd edib ki, bu ərazilərdə Azərbaycanın şərab məhsulları da satılır və Ermənistan şərabından qat-qat böyük həcmdə satılır. Buna baxmayaraq, “Ukrvinprom” buna qadağa tələb etmir.
QAZİLER.AZ