Ukrayna Belarusla sərhədin möhkəmləndirilməsini təsdiqləyib

Ukrayna Belarusla sərhədin möhkəmləndirilməsini təsdiqləyib backend

Ukrayna həqiqətən də Belarusla sərhədini möhkəmləndirir.

Qaziler.az bildirir ki, bunu iyulun 1-də Ukrayna Dövlət Sərhəd Xidmətinin spikeri Andrey Demçenko deyib.

“Belarusla sərhəd bizim üçün təhdid istiqaməti olaraq qalır və biz onu həm mühəndislik baxımından, həm də orada lazımi miqdarda qüvvə və resurs saxlamaq üçün gücləndirməkdə davam edirik”, – deyə Strana.ua nəşri onun Teleqram kanalından sitat gətirir.

Demçenkonun sözlərinə görə, bu tədbirlər “Belarus ərazisindən gələ biləcək” hər hansı təxribatın qarşısını almaq üçün lazımdır. O, həmçinin Minskin Ukrayna Silahlı Qüvvələrinin Belarusa qarşı düşmənçilik fəaliyyəti ilə bağlı bütün bəyanatlarını “informasiya əməliyyatı” adlandırıb.

Ukrayna sərhəd xidmətinin nümayəndəsi əlavə edib ki, iyunun 21-dən Minsk bölmələrin döyüş hazırlığını yoxlayır, ona görə də bu, “məsuliyyəti Kiyevin üzərinə atmaq üçün komponentlərdən biri” ola bilər.

QAZİLER.AZ

 

Diaspora