Mersində meşə yanğını olub

Mersində meşə yanğını olub backend

Türkiyənin Mersin vilayətində, Anamurda baş verən meşə yanğını havadan və qurudan müdaxilə ilə nəzarət altına alınıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Kaşdişlen rayonunda meşə sahəsində naməlum səbəbdən yanğın baş verib.

Xəbər verildikdən sonra Meşə Təsərrüfatı Müdirliyi qrupları ilə birlikdə bölgəyə bir helikopter, 6 su tankeri və 2 su çəni göndərilib.

Yanğınsöndürənlərin havadan və qurudan müdaxiləsi ilə yanğın nəzarət altına alınıb.

Bölgədə yanğınsöndürmə işləri davam edir.

QAZİLER.AZ

Diaspora