Rusiyada kafedə kütləvi zəhərlənmə olub

Rusiyada kafedə kütləvi zəhərlənmə olub backend

Rusiyanın İrkutsk vilayətinin Bratsk şəhərində kafedə insanların kütləvi zəhərlənməsi baş verib.

Qaziler.az bildirir ki, bu barədə bazar ertəsi, iyulun 1-də Rusiya İstintaq Komitəsinin region üzrə istintaq idarəsinin mətbuat xidməti məlumat yayıb.

İlkin məlumatlara görə, Bratskdakı iaşə obyektlərindən birində yemək yeyəndən sonra bir neçə nəfər qidadan zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib. Şöbədən bildiriblər ki, zərərçəkənlərin vəziyyəti orta ağır qiymətləndirilir.

“Müstəntiqlər hadisənin bütün hallarını araşdırır. Şahidlər və zərərçəkmişlər dindirilir”, - İstintaq Komitəsindən məsələyə  aydınlıq gətirilib.

QAZİLER.AZ

Diaspora