Rusiya silahlı qüvvələri Xarkov vilayətinin Stepovaya Novoselovka qəsəbəsini ələ keçirib.
Qaziler.az bildirir ki, bu barədə bazar ertəsi, iyulun 1-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Uğurlu əməliyyat nəticəsində Qərb qoşun qruplaşmasının bölmələri Xarkov vilayətinin Stepovaya Novoselovka qəsəbəsini azad edərək, daha sərfəli mövqelər tutublar”, - məlumatda deyilir.
Həmçinin Mərkəzi Qüvvələr Qrupunun bölmələri "Donetsk Xalq Respublikası"nın (DXR) ərazisindəki Novopokrovskoye qəsəbəsini ələ keçirib.
QAZİLER.AZ