Ukrayna Təhlükəsizlik Xidməti bu il iyunun 30-da Kiyevdə təxribatlar hazırlayan bir qrup ictimai “fəal”ı ifşa edib. Onlar xüsusilə də Ali Radanı ələ keçirməyi planlaşdırıblar.
Qaziler.az xəbər verir ki, bu barədə RBK-Ukrayna UTX-nin mətbuat xidmətinə istinadən bildirilib.
İstintaqın məlumatına görə, qruplaşmaya 2015-ci ildən anti-Ukrayna hərəkətləri ilə tanınan ictimai təşkilatın həmtəsisçisi rəhbərlik edib. Qrup qondarma “veçe” keçirmək adı altında Ukraynanın hazırkı hərbi-siyasi rəhbərliyinin “hakimiyyətdən uzaqlaşdırılmasını” elan etməyi planlaşdırıb.
Sonra “fəallar” Ali Radanın binasını ələ keçirib onun işinə mane olmağa ümid ediblər.
Qeyd olunur ki, təxribatçılar Kiyevdəki “iğtişaşlar” barədə yerli və xarici informasiya resursları vasitəsilə məlumat yaymağı planlaşdırıblar. Bu yolla Rusiya Federasiyasının xeyrinə olaraq Ukraynanın daxilindəki ictimai-siyasi vəziyyəti pozmağa ümid ediblər.
Cinayət planını həyata keçirmək üçün lider öz sıralarına Kiyevdən, Dneprdən və digər bölgələrdən olan ictimai birliklərin üzvlərini cəlb edib.
UTX təxribatçıların niyyətlərini ifşa edib, onların təxribat fəaliyyətini sənədləşdirib və təşkilatçıları saxlayıb.
“Fəalların” evlərinə baxış zamanı silah-sursat, həmçinin mobil telefonlar, kompüter avadanlığı və cinayət əməllərini göstərən kobud qeydlər aşkar edilib.
Saxlanılan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Onları əmlakı müsadirə olunmaqla 10 ilə qədər həbs gözləyir.
QAZİLER.AZ