Türkiyənin İzmir şəhərində terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda 9 şübhəli saxlanılıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, İzmir jandarma komandanlığı qrupları şahid ifadələri ilə İŞİD silahlı terror təşkilatı tərkibində ideoloji təlim aldıqları müəyyən edilən 9 şübhəli barəsində araşdırmalara başlayıb.
Əvvəlcədən müəyyən edilmiş ünvanlarda keçirilən əməliyyat zamanı 9 şübhəli yaxalanıb. Şübhəlilərin evlərində aparılan axtarışlar zamanı içərisində qadağan olunmuş nəşrlər olan rəqəmsal materiallar və sənədlər ələ keçirilib.
Şübhəlilərə qarşı əməliyyatlar davam edir.
QAZİLER.AZ