"Dərbənd və Mahaçqalada hücumları həyata keçirən terrorçular öz cəzalandırılmayacaqlarını hiss ediblər".
Qaziler.az xəbər verir ki, bunu Dağıstanın Serqokala kəndinin sakini və mərkəzi məscidin imamı RT-yə bildirib.
Həmsöhbətin sözlərinə görə, yaraqlılardan ikisi Dağıstanın Serqokalinski rayonunun keçmiş rəhbəri Maqomed Ömərovun oğulları olub.
“Bunun baş verməsi gözlənilən idi... Onlar [terrorçuları] ört-basdır etdilər”, - deyə kişi bildirib.
Yerli sakin əlavə edib ki, Ömərovun sərvətindən hamının xəbəri var. O, qeyd edib ki, keçmiş məmurun ev tikib satması heç kimə sirr deyil.
Xatırladaq ki, iyunun 23-də Dərbənd və Mahaçqalada terrorçular pravoslav kilsələrinə, sinaqoqlara və yol polisi postlarına hücum ediblər. Hücum nəticəsində 21 nəfər ölüb, 46 nəfər yaralanıb.
QAZİLER.AZ