Rusiya qoşunları iyunun 28-də Odessa vilayətinə ballistik raketlə ilə hücum edib. İşğalçıların hücumunun nəticələri məlum olub.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukraynanın cənubundakı Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.
“Bu gün günortadan sonra düşmən Odessa bölgəsinə ballistik raket hücumu həyata keçirib, ehtimal ki, bu, “İskəndər-M" olub” ”, - məlumatda deyilir.
Hərbçilərin məlumatına görə, zərbə nəticəsində taxıl sahəsi yanıb.
"Yanğın söndürülür, dağıntılar və tələfatlar barədə məlumat yoxdur", - Müdafiə Qüvvələri əlavə edib.
QAZİLER.AZ


