Aİ Ukraynaya yardımın həcmini artırmaq qərarına gəlib

Aİ Ukraynaya yardımın həcmini artırmaq qərarına gəlib backend

Avropa İttifaqına üzv ölkələr Ukraynaya yardımı artırmağa çağırıb. Xüsusilə, söhbət hava hücumundan müdafiə, infrastrukturun və əhalinin Rusiyanın hücumlarından qorunmasına kömək edəcək silahlardan gedir.

Bu barədə RBC-Ukrayna Aİ sammitinin yekunları üzrə açıqlanan sənədə istinadən məlumat yayıb.

Beləliklə, yekun kommünikedə Ukraynaya dəstəyin davam etdiyi bildirilir. Xüsusilə, Aİ Ukraynaya və onun xalqına “lazım olduğu qədər və intensiv şəkildə” davamlı “sarsılmaz” dəstəyini təsdiqləyir.

Həmçinin, Avropa Şurasına görə, “Rusiya qalib gəlməməlidir” və Aİ “Rusiya tərəfindən son zamanlar hərbi əməliyyatların güclənməsini qətiyyətlə pisləyir”.

QAZİLER.AZ

Diaspora