4 vilayətdə İŞİD terror təşkilatına qarşı həyata keçirilən "Bozdoğan-47" əməliyyatlarında 28 şübhəli ələ keçirilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə daxili işlər naziri Əli Yerlikaya sosial media hesabındakı paylaşımda Təhlükəsizlik Müdirliyi Kəşfiyyat Müdirliyi və Terrorla Mübarizə İdarəsi tərəfindən İŞİD terror təşkilatına qarşı əməliyyatların Adana, Bursa, İstanbul və Manisa olmaqla 4 vilayətdə həyata keçirildiyini açıqlayıb.
Əməliyyatlar zamanı külli miqdarda xarici valyuta, türk lirəsi və çoxlu sayda rəqəmsal materialın ələ keçirildiyini qeyd edən Yerlikaya: "Bozdoğan DAİŞ terror təşkilatına qarşı 4 vilayətdə həyata keçirilən 47 əməliyyatda 28 şübhəli yaxalandı. Son terrorçu zərərsizləşdirilənə qədər tərəddüd etmədən, dualarınız və dəstəyinizlə mübarizəyə davam edəcəyik", - dedi.
QAZİLER.AZ