Qonşu ölkənin parlamenti COVID-19 ilə bağlı cərimələri ləğv edib

Qonşu ölkənin parlamenti COVID-19 ilə bağlı cərimələri ləğv edib backend

İyunun 27-də Gürcüstan parlamenti 23 iyun 2021-ci il və 3 iyul 2023-cü il tarixləri arasında COVID-19 ilə əlaqədar izolyasiya, karantin və ya tibbi maskalardan istifadə qaydalarının pozulmasına görə tətbiq edilən cərimələri ləğv edib.

Qaziler.az gürcü mətbuatına istinadən bildirir ki, “İnzibati cərimələrdən azad etmə haqqında” qanuna dəyişikliklər bu gün üçüncü oxunuşda sürətləndirilmiş qaydada 79 səslə qəbul edilib.

Əksər müxalifət partiyaları “Gürcü arzusu”nun xarici agentlər haqqında qanunu qəbul etməsindən sonra parlamentin işini boykot etdikləri üçün səsvermədə iştirak etməyib.

Düzəlişləri təqdim edən səhiyyə nazirinin müavini İrine Tsakadze bildirib ki, onların böyük əksəriyyəti fiziki, 38-i isə hüquqi şəxs olmaqla 2 minə yaxın fiziki şəxsə şamil olunacaq.

QAZİLER.AZ

Diaspora