Rusiyanın Yaroslavl vilayətində anbarda 4,8 min kvadratmetr sahədə yanğın olub. Yanğın nəticəsində binanın dam örtüyü qismən çöküb.
Qaziler.az bildirir ki, bu barədə cümə axşamı, iyunun 27-də Rusiyanın Fövqəladə Hallar Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.
Hadisə Lyubim şəhərində baş verib. Ayaqqabı saxlanılan anbar yanıb. Hadisə yerində 40-dan çox mütəxəssis və 12 texnika işləyir.
Daha sonra idarədən bildirilib ki, yanğın 5 min kvadratmetr ərazini əhatə edib.
QAZİLER.AZ