İzmirdə meşə yanğını nəzarət altına alındı

İzmirdə meşə yanğını nəzarət altına alındı backend

İzmirin Kemalpaşa rayonunda meşəlik sahədə başlayan yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarət altına alınıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, rayonun Nazarköy Məhəlləsindəki meşə sahəsində naməlum səbəbdən yanğın baş verib.

Xəbərdarlıq əsasında bölgəyə 2 təyyarə, 4 helikopter, 5 su tankeri, su təchizatı maşını və bir buldozer göndərilib.

Yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarət altına alınıb.

QAZİLER.AZ

Diaspora