Ukrayna Nazirlər Kabineti Vinnitsa vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Borzovun vəzifəsindən azad edilməsinə razılıq verib.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin Radadakı nümayəndəsi Taras Melniçuk “Telegram”da məlumat verib.
Melniçukun qeyd etdiyi kimi, Nazirlər Kabineti Borzovun vəzifəsindən azad edilməsi ilə yanaşı, Nazirlər Kabineti, həmçinin Ruslana Veliçko-Trifonyuku Ukraynanın veteranların işləri üzrə nazirinin Avropaya inteqrasiya üzrə müavini təyin edib.
Xatırladaq ki, mayın əvvəlində Ukrayna prezidenti Vladimir Zelenski Sergey Tyurini Xmelnitski vilayət hərbi administrasiyasına rəhbər təyin edib.
QAZİLER.AZ