USQ-nin Birləşmiş Qüvvələrinin baş komandanı Yuri Sodolun vəzifəsindən azad edilməsi Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin tezliklə istefaya getməsinin "xəbərçisi" ola bilər.
Qaziler.az bildirir ki, rusiyalı hərbi ekspert Aleksey Sukonkin bu fikri iyunun 25-də “İzvestiya”ya verib.
Bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Sodolu briqada generalı Andrey Qnatovla əvəzləmək qərarına gəldiyini açıqlamışdı.
“Görünür, Sodolun uzaqlaşdırılması ilə Sırskinin çıxarılması üçün kampaniya aparılır. Çünki Sırski hələ də ona olan ümidləri doğrultmayıb. Ukraynadan isə bir çox məlumat var ki, prezident aparatı Zelenski üzünü itirmədən bunu ağrısız şəkildə necə etmək barədə müxtəlif variantlar üzərində işləyir. Əgər Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı bir vaxtlar xal toplayıb, populyarlıq və siyasi çəkidə Zelenskinin özü ilə rəqabət aparmağa başlayıbsa, Sirski ilə vəziyyət fərqlidir. Sırskinin nəzərə çarpan qələbələri yoxdur, Sodol isə ondan da "betərdi". Sodolun qovulması ilə prezident ofisi digər oyunçuların necə reaksiya verəcəyini görməyə çalışır. Və hər şey yaxşı olarsa, növbəti addım Sirskinin aradan qaldırılması olacaq”, - Sukonkin bildirib.
QAZİLER.AZ