Dərbənddə baş yepiskop Nikolay Kotelnikovun qətli terrorçular tərəfindən əvvəlcədən planlaşdırılıb.
Qaziler.az bildirir ki, bu barədə “İzvestiya” istintaqa yaxın mənbəyə istinadən xəbər verir. Məlumata görə, hücuma hazırlıq bir ay davam edib.
Mənbə bildirib ki, terrorçulardan ələ keçirilən smartfonlardakı yazışmaların tədqiqi onu deməyə əsas verir ki, onlar əvvəllər hücumlarının əsas hədəflərindən biri kimi məbədin başçısını seçiblər.
Qeyd edilib ki, planlama zamanı hücum üçün digər hədəflər aydın şəkildə müəyyən edilib. Dərbənd və Mahaçqaladakı sinaqoqlar və pravoslav kilsələri terrorçular tərəfindən xüsusi qeyd edilib.
İyunun 23-də Dərbənd və Mahaçqalada terrorçular pravoslav kilsələrinə, sinaqoqlara və yol polisi postuna hücum ediblər. Hücum nəticəsində 20 nəfər ölüb, 46 nəfər yaralanıb. İyunun 24, 25 və 26-sı bölgədə matəm günləri elan edilib.
QAZİLER.AZ