Moskva vilayətində, Fryazinoda çoxmərtəbəli inzibati binada baş verən açıq yanğın söndürülüb.
Qaziler.az bildirir ki, bu barədə bazar ertəsi, iyunun 24-də Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Fryazinoda baş verən açıq yanğını söndürüblər”, - idarənin Teleqram kanalında yayılan məlumatda deyilir.
Fryazinoda yanğın bu gün səhər saatlarında başlayıb. Əvvəlcə yanğının Platan Elmi-Tədqiqat İnstitutunda baş verdiyi barədə məlumat yayılıb. Eyni zamanda, elmi-tədqiqat institutunun daxil olduğu “Roselektronika” holdinqindən TASS-a bildirilib ki, yanğın baş verən bina 1990-cı illərin ortalarından özəl mülkiyyətdədir və qurumla heç bir əlaqəsi yoxdur. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, bina iflas vəziyyətindədir, o, müxtəlif məqsədlər üçün kiçik müəssisələr tərəfindən icarəyə götürülüb.
QAZİLER.AZ