Zelenski Yuri Sodolu vəzifəsindən azad etdi

Zelenski Yuri Sodolu vəzifəsindən azad etdi backend

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələr komandanı general-leytenant Yuri Sodolu vəzifəsindən azad edib.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski axşam müraciətində deyib.

“Mən Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Yuri Sodolu briqada generalı Andrey Qnatovla əvəz etmək qərarına gəldim”, - Ukraynanın dövlət başçısı vurğulayıb.

Zelenski qərarının təfərrüatlarını açıqlamayıb.

Ukrayna nəşrinin məlumatına görə, dünən, iyunun 23-də məlum olub ki, Ukrayna Milli Qvardiyasının “Azov” briqadasının qərargah rəisi Boqdan Kroteviç Dövlət İstintaq Bürosuna ərizə ilə müraciət edib və o, ukraynalı general barəsində araşdırma aparılmasını istəyib.

Kroteviç vurğuladı ki, bu general irəliləyən və mövqe itirməyən komandirlərə qarşı istintaqa aparır. Lakin "Azov" qərargahının rəhbəri onun adını çəkməyib.

Daha sonra Ukrayna mətbuatı öz mənbələrinə istinadən yazıb ki, söhbət USQ-nin Birləşmiş Qüvvələrinin komandanı Yuri Sodoldan gedir.

Qeyd edək ki, Sodol yalnız bu ilin fevralında Ukrayna Ordusunun Birləşmiş Qüvvələrinin komandanı təyin edilib. Bundan əvvəl o, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin Dəniz Piyadaları Korpusunun komandiri olub.

Genişmiqyaslı müharibə başlayandan cəbhənin ən çətin sahələrindən birində müdafiəyə cavabdeh olub.

QAZİLER.AZ

 

Diaspora