Keçmiş rusiyalı qarışıq döyüş növləri (MMA) döyüşçüsü Həbib Nurməhəmmədov Mahaçqala və Dərbəndə hücum edən terrorçunun "Eagles" MMA döyüş sənəti məktəbi ilə əlaqəsi barədə məlumatı şərh edib.
Qaziler.az bildirir ki, onun sözlərini Ruptly sitat gətirir.
İdmançı terrorçunun onun məktəbində məşq etdiyini təsdiqləyib, lakin onun yalnız bir məşqdə iştirak etdiyini vurğulayıb. “O, bizim məktəbin şagirdi deyil, bu tamamilə cəfəngiyyatdır, bu doğru deyil”, - dedi. Nurməhəmmədov terror aktını qəddarlıq adlandırıb.
Bundan əvvəl Nurməhəmmədov Dağıstanda baş verən terror aktlarından danışıb. İdmançı insanları özünün və yaxınlarının qayğısına qalmağa çağırıb.
Bazar günü, iyunun 23-də yaraqlılar Mahaçqala və Dərbənddə terror törədiblər. 15-dən çox insanın ölümü ilə nəticələnən terror aktları fonunda Milli Antiterror Komitəsi (MAK) Mahaçqala və Dərbənddə antiterror əməliyyatı keçirib.
QAZİLER.AZ