Rusiyanın Nijni Novqorod şəhər sakini lotereyada 18 milyon rubla yaxın udub və pulu götürməyib.
Qaziler.az bildirir ki, bu barədə Aif.ru yazır.
Ümumilikdə rusiyalı 17,7 milyon rubl alıb. Onun mobil proqramda 60 rubla lotereya bileti aldığı qeyd olunur.
Püşkatmanın nəticələri bazar günü, iyunun 23-də açıqlanıb. Lakin kişi hələ də ortaya çıxmayıb və uduşunu götürməyib.
Bundan əvvəl Novosibirsk sakini lotereyada 30 milyon rubl udub və Maldiv adalarına gedib.
QAZİLER.AZ