Moskva yaxınlığındakı Fryazinoda hündürmərtəbəli binada baş verən yanğın ilkin olaraq 8 nəfərin həyatına son qoyub.
Qaziler.az bildirir ki, bu barədə iyunun 24-də “İzvestiya”nın mənbəsi məlumat verib.
Fryazinoda yanğın həmin gün səhər saatlarında başlayıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binada sıxılmış vəziyyətdə qalan şəxslərdən biri pilləkənlərlə çıxarılıb. İdarədən bildirilib ki, yanğın binanın 5-ci mərtəbəsindən səkkizinci mərtəbəsinə qədər bürüyüb. Mütəxəssislərin işi yüksək temperatur və sıx tüstü ilə çətinləşir. Son məlumatlara görə, yanğının söndürülməsinə 100-dən çox mütəxəssis və 40 texnika cəlb olunub.
17.58
Moskva yaxınlığındakı Fryazinoda baş verən yanğında iki nəfər ölüb.
Qaziler.az bildirir ki, bu barədə iyunun 24-də Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat verib.
“Təəssüf ki, Fryazinoda baş verən yanğında iki nəfər həlak olub. Yanğınsöndürənlər yanğını söndürməyə davam edir. Hadisə yerində 12 təcili yardım briqadası var”, - o, Telegram kanalında yazıb.
“İzvestiya”nın mənbəsinin məlumatına görə, bir nəfər yanğından xilas olmaq üçün səkkizinci mərtəbənin pəncərəsindən özünü atıb.
Rusiya Fövqəladə Hallar Nazirliyi yanğın sahəsinin 4 min kvadratmetrə çatdığını bildirib. "Moskva Aviasiya Mərkəzindən Ka-32 vertolyotu hadisə yerinə gedir", - idarənin Telegram kanalında deyilir.
Məlumata görə, yanğının söndürülməsinə 100-dən çox mütəxəssis və 40 texnika cəlb olunub.
Həmin gün səhər saatlarında Fryazinodakı yanğının "Platan" Elmi-Tədqiqat İnstitutunda baş verdiyi barədə məlumat yayılıb. Eyni zamanda, elmi-tədqiqat institutunun daxil olduğu "Roselektronika" holdinqindən TASS-a bildirilib ki, yanan bina 90-cı illərin ortalarından özəl mülkiyyətdədir və qurumla heç bir əlaqəsi yoxdur.
QAZİLER.AZ