Baş ravvin Dağıstanda terror törədənlərin məqsədini açıqladı

Baş ravvin Dağıstanda terror törədənlərin məqsədini açıqladı backend

Dərbənd və Mahaçqalada dini binalara basqın edən terrorçular məqsədlərinə çatmaq üçün mümkün qədər çox sayda günahsız insanı öldürmək və başqalarını qorxutmaq məqsədi güdüblər.

Qaziler.az “İzvestiya”ya istinadla xəbər verir ki, bunu Rusiyanın baş ravvini Berl Lazar deyib. O, hücumlar zamanı həlak olanların və yaralananların ailələrinə və yaxınlarına başsağlığı verib.

“Bəzən onlar millətçi, separatçı və hətta dini şüarların arxasında gizlənirlər. Lakin onların məqsədi həmişə eynidir: mümkün qədər çox sayda günahsız insanları öldürmək və başqalarının qəlbinə qorxu və inamsızlıq səpmək”, - Lazar deyib.

Ravvin xatırladıb ki, misantropik ideologiyaya sadiq qalan hücumçular Yaxın Şərqdə, eləcə də Avropa ölkələrində insanlara hücum edirlər. Onun fikrincə, hücumların hədəfləri - kilsə və sinaqoqlar təsadüfi seçilib.

QAZİLER.AZ

Diaspora