Dağıstanda baş verən terror aktı ilə bağlı Kremlin reaksiyası

Dağıstanda baş verən terror aktı ilə bağlı  Kremlin reaksiyası backend

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dağıstanda baş verən faciəni ilk dəfə şərh edib.

Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir.Kreml nümayəndəsi qeyd edib ki, cəmiyyət bu cür cinayətkar terrorizmi dəstəkləmir.

Peskov ölkənin 2000-ci illərin əvvəllərindəki vəziyyətə qayıdacağına dair qorxuların olub-olmaması sualına da cavab verib.

“Yox. İndi başqa Rusiyadır. Cəmiyyət tamamilə möhkəmlənib və dünən Dağıstanda gördüyümüz kimi cinayətkar terror təzahürü nə Rusiyanın özündə, nə də Dağıstanda cəmiyyət tərəfindən dəstəklənmir”, - dövlət başçısının mətbuat katibi jurnalistlərlə söhbətində vurğulayıb.

QAZİLER.AZ

Diaspora