"Yüngül çəkidə döyüşən keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Dağıstanda baş verən terror aktından sonra "sürüşkən" danışıb".
Qaziler.az bildirir ki, bunu Rusiyalı politoloq Sergey Markov “Telegram” kanalında yazıb. O, etiraf edib ki, Nurməhəmmədovun MMA məktəbindən terrorçuların hazırlanması üçün istifadə oluna bilər və Dağıstandakı bu cür müəssisələrin təhlükəsizlik qüvvələrinin ciddi nəzarətinə verilməsinə çağırıb.
Markov yazıb ki, terror aktının Nurməhəmmdəlovla əlalqəli olduğu ortaya çıxıb. Belə ki, terrorçulardan biri onun MMA klubunun döyüşçüsü və atasının məktəbinin şagirdi olub. Çempionun özü uzun müddət sussa da, son açıqlaması politoloqun tənqidinə səbəb olub.
"İndi Khabib danışdı. Amma çox sürüşkən danışdı, kişi kimi danışmadı. Hər kəsə başsağlığı verdi. Və hər kəsə ailə üzvlərinin kimlərlə ünsiyyət qurduğunu izləməyi tövsiyə etdi. Necə istəyirsiniz, elə də anlayın!”, - Markov yazıb.
Politoloq bu bəyanatda “terror aktının birbaşa və açıq şəkildə pislənməsini” görməyib. Markov hesab edir ki, eyni zamanda Nurməhəmmədov çox radikal islamçı mövqe tutur.
"Ona görə də belə bir nəticəyə gəlmək olar ki, Həbib Nurməhəmmədovun MMA məktəblərindən terrorçuların hazırlanmasında, daha dəqiq desək, terrorçuları öz sıralarına cəlb edənlərin özlərini rahat hiss etmələri üçün şərait yaratmaq...”, - ekspert əlavə edib.
Markov Nurməhəmmədovun Rusiyada deyil, Dubayda yaşadığını xatırladıb və Dağıstandakı MMA məktəblərinin “təhlükəsizlik qüvvələrinin ciddi nəzarətinə” alınmasını istəyib.
QAZİLER.AZ