Dağıstanda terror aktı qurbanlarının sayı artıb

Dağıstanda terror aktı qurbanlarının sayı artıb backend

Dərbənd və Mahaçqalada törədilən terror aktı qurbanlarının sayı 20 nəfərə çatıb, onlardan 17-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Qaziler.az xəbər verir ki, bu haqda “112” teleqram kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, ümumilikdə 44 nəfər xəsarət alıb, onlardan 32-si isə hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Qeyd edək ki, iyunun 23-də axşam saatlarında Dərbənddə terror aktı zamanı sinaqoq və kilsə avtomatdan atəşə tutulub. Dağıstanın İctimai Nəzarət Komissiyasının sədri Şamil Xadulayev kilsəyə hücum zamanı bir keşişin öldürüldüyünü bildirib. Onun sözlərinə görə, din xadiminin boğazı kəsilib. Naməlum şəxslər Mahaçqalada yol polisi postunu da atəşə tutublar.

QAZİLER.AZ

Diaspora