Dağıstan Respublikasının (Rusiya Federasiyası) Mahaçqala və Dərbənddə şəhərlərində antiterror əməliyyatı başa çatıb.
Bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb.
Bildirilib ki, vətəndaşların həyatı və sağlamlığı üçün təhlükələrin aradan qaldırılması ilə əlaqədar antiterror əməliyyatının hüquqi rejimi ləğv edilib.
Qeyd edək ki, iyunun 23-də Dağıstanda baş verən terror aktları zamanı 15-dən çox polis əməkdaşı həlak olub.