Türkiyə Ordusu İraqda şəhid verib, üç terrorçu öldürülüb

Türkiyə Ordusu İraqda şəhid verib, üç terrorçu öldürülüb backend

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pənçə-Kilit” əməliyyat bölgəsində şəhid verib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, terrorçularla atışmada çavuş Mehmet Ali Horoz şəhid olub. Əməliyyat zamanı üç terrorçu öldürülüb.

Nazirlikdən verilən məlumata görə, bölgədə əməliyyatlar davam edir.

Diaspora