ABŞ dövlət katibinin müavini Kiyevə gedib

ABŞ dövlət katibinin müavini Kiyevə gedib backend

İyunun 21-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass Kiyevə gəlib.

Qaziler.az bildirir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink “Twitter” hesabında yazıb.

Brink səfər zamanı Bassın Ukrayna rəsmiləri ilə yanaşı, digər tərəfdaşlarla da görüşəcəyini bildirib.

Onun səfərinin məqsədi Rusiyanın təcavüzünə qarşı mübarizədə ABŞ-ın Ukraynaya sarsılmaz dəstəyini təsdiqləməkdir.

QAZİLER.AZ

 

 

Diaspora