Moskvada güclü qasırğa: 2 nəfər ölüb, 10 nəfər yaralanıb

Moskvada güclü qasırğa: 2 nəfər ölüb, 10 nəfər yaralanıb backend

Rusiyanın paytaxtı Moskvada güclü qasırğa baş verib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Rusiyanın paytaxtı Moskvanı vuran qasırğada 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Çoxlu ağaclar aşıb, avtomobillərə və binalara ziyan dəyib.

Yerli hakimiyyət orqanlarından verilən açıqlamada, Moskvada bir nəfərin ağacın aşması, bir nəfərin isə üzərində olduğu körpünün uçması nəticəsində öldüyü bildirilib.

Təbii fəlakət nəticəsində 10 nəfərin yaralandığı bildirilib.

Güclü qasırğanın təsirini davam etdirəcəyi gözlənilir.

QAZİLER.AZ

Diaspora