Bryansk vilayəti üzərində üç Ukrayna PUA-sı vurulub

Bryansk vilayəti üzərində üç Ukrayna PUA-sı vurulub backend

İyunun 21-də Rusiyanın hava hücumundan müdafiə sistemləri Bryansk vilayəti üzərində üç Ukrayna pilotsuz təyyarəsini vurub.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Yerli vaxtla saat 06:10 radələrində Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiya Federasiyası ərazisində təyyarə tipli pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb", - məlumatda deyilir.

“Ukraynaya məxsus 3 pilotsuz uçuş aparatı Bryansk vilayətinin ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - hərbi idarənin bəyanatında deyilir.

QAZİLER.AZ

Diaspora