Dron hücumundan sonra Rusiyada hərbi aerodrom yanıb

Dron hücumundan sonra Rusiyada hərbi aerodrom yanıb backend

Rusiyanın Yeysk şəhərindəki hərbi aerodromda gecə saatlarında Ukraynanın dron hücumundan sonra bir neçə yanğın baş verib.

Qaziler.az bildirir ki, bu barədə “Krımskiy veter” Teleqram kanalı məlumat yayıb.

Kanalın monitorinq qrupu peyk görüntülərinin məlumatlarına istinad edir.

"Yanğınlar uçuş-enmə zolağının şərq ucuna yaxın binaların ərazisində qeydə alınıb. Bu binaların aerodroma aidiyyəti açıq-aydın olsa da, təyinatı məlum deyil", - məlumatda deyilir.

Xatırladaq ki, bu gecə Rusiyanın Krasnodar diyarının Yeysk şəhərinin sakinləri şəhərə pilotsuz təyyarənin hücumu barədə məlumat veriblər. Hücumdan sonra orada yanğın başlayıb. Qeyd olunub ki, Yeyskdə hərbi aerodrom var.

İyunun 21-nə keçən gecə Rusiyanın Krasnodar diyarının bir neçə bələdiyyəsi Ukrayna dronlarının hücumuna məruz qalıb.

QAZİLER.AZ

Diaspora