Türkiyə daxili işlər naziri Ali Yerlikaya Şırnakın Beytüşşebap mahalının çöl ərazisində həyata keçirilən "Bozdoğan-44" əməliyyatında 1-i narıncı, 2-si boz kateqoriyalı cəmi 4 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçulardan "Brüsk" kod adlı Basri Cinin Türkiyə Daxili İşlər Nazirliyinin terrordan arananlar siyahısında "narıncı" kateqoriyadan, "Rüstem" kod adlı Sefer Temel ve "Kamuran Gever" kod adlı Yılmaz Salanın "boz" kateqoriyada yer aldığı bildirilib.
Türkiyə daxili işlər naziri Ali Yerlikaya: "Şəhidlərimizin qanı yerdə qalmadı. Əməliyyatı həyata keçirən Hərbi Hava Qüvvələri Komandanlığımızı, qəhrəman jandarmamızı və təhlükəsizlik mühafizəçilərimizi təbrik edirəm. Allah ayaqlarına daş dəydirməsin. Millətimizin duaları sizinlədir. Son terrorçu zərərsizləşdirilənə qədər dayanmayacağıq, tərəddüd etməyəcəyik”, -dedi.
QAZİLER.AZ